Azərbaycanda bank müştərilərinin sayı 14% artıb

Azərbaycanda bank müştərilərinin sayı 14% artıb
# 15 may 2012 13:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda bank müştərilərinin ümumi sayı 2012-ci ilin martın 1-nə 2 949 minə bərabər olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14,4% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, müştərilərin 2 864 mini və ya ümumi sayının 97,1%-i fiziki şəxslərdir.

Öz növbəsində fiziki şəxs olan müştərilərin 56,9 mini və ya ümumi sayın 2%-i sahibkarlıqla məşğul olanlardır. Hüquqi şəxs olan bank müştərilərin sayı 84,4 min və ya ümumi sayının 2,9%-ni təşkil edir.

Martın 1-nə banklarda olan müştəri hesablarının ümumi sayı 4 236 minə bərabər olub ki, bu da 2011-ci ilin martın 1-nə nisbətən 31,7% çoxdur. Hesabların 3 870,5 mini (ümumi sayın 91,4%-i) cari, 365,5 mini (8,6%) depozit hesablarıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR