Mingəçevirdə ev yanıb

Mingəçevirdə  ev yanıb
# 10 mart 2012 19:41 (UTC +04:00)
Mingəçevir. Elvin Yaqubov-APA. Mingəçevir şəhərində yaşayış binasında yanğın baş verib. APA-nın məlumatına görə hadisə martın 10-da gecə saatlarında qeydə alınıb. Şəhərin Vəli Hüseynov küçəsindəki 2 saylı beşmərtəbəli binanın dördüncü mərtəbəsindəki 41 saylı mənzildə qeydə alınıb. Rus əsilli kimsəsiz yaşlı qadınların kirayə yaşadığı mənzildəki yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı iki otaqlı evin 20 kvadratmetrlik bir otağı məişət əşyaları ilə birgə yanıb. Yanğına elektrik naqillərində baş verən qısa qapanmanın səbəb olduğu bildirilir.
Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR