Azərbaycanın Ştutqartdakı fəxri konsulu Azərbaycana qarşı aparılan kampaniyaya münasibət bildirib
07 may 2012 16:58 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Ştutqartdakı fəxri konsulu Otto Hauzer dövrü mətbuata, qəzet və radiolara verdiyi müsahibələrində Almaniyanın bəzi mətbuat orqanlarının Azərbaycana münasibətdə ədalətli olmadığını diqqətə çatdırıb. APA-nın xəbərinə görə, O. Hauzer Azərbaycanı tənqid edənlərə etirazını bildirib: “Azərbaycanda demokratiyanın inkişafının zamana ehtiyacı var. Bu bir prosesdir və Almaniyanın 20 ildir birləşməsinə baxmayaraq, hələ də burada 100 faiz əminliklə tam demokratiyanın olduğuna heç kəs iddia edə bilməz”.
O. Hauzer Azərbaycanı tənqid edən qurumları qərəzsiz olmağa və ölkəni yaxından tanımağa çağırıb. Fəxri konsul azərbaycanlıların çox xoş məramlı, qonaqpərvər, vətəninə bağlı olduqları haqqında danışıb və Almaniya ilə Azərbaycan arasındakı 190 ildən artıq tarixə malik münasibətlərin olduğunu da diqqətə çatdırıb. O, iki xalq arasındakı olan bu tarixi münasibətlərin hansısa maraqlar naminə pozulmasının qətiyyən yol verilməz olduğunu bildirib.
Fəxri konsul bütün müsahibələrində Azərbaycanın Avropa və xüsusilə Almaniya üçün ciddi enerji tərəfdaşı olduğunu da vurğulayıb. O, alman hökumətindən və digər Avropa ölkələrinin rəhbərliyindən Dağlıq Qarabağ probleminin ədalətli həllində Azərbaycana kömək etməyi tələb edib: “İnsan haqlarının pozulmasını Ermənistan Respublikası tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında da diqqətdə saxlamaq və bu barədə qəti addımlar atılmalıdır”.
Məlumata görə, Azərbaycanın Almaniyanın Baden-Vürtemberg torpağındakı fəxri konsulu Otto Hauzer çox intensiv olaraq alman mətbuatında çıxış edir və Azərbaycanla bağlı həqiqətlərin Almaniya ictimaiyyətinə çatdırılmasına səy göstərir. Gələn həftə Almaniya mətbuatında yaranmış olan qərəzli məqalələrə cavab olaraq bir daha 10-dan çox qəzet və digər media nümayəndələri ilə görüşlər nəzərdə tutulub.

Xarici siyasət
Deputat: Azərbaycanla Belarus dost və strateji tərəfdaş ölkələrdir
11:32
18 may 2024
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
20:39
17 may 2024
Fariz Rzayev Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Azərbaycanın kütləvi mina təhdidi ilə üzləşdiyini bildirib
20:15
17 may 2024