Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələlərlə bağlı əhalini qorxuya salan məlumatların yayılmasına münasibət bildirib
16 may 2012 07:34 (UTC +04:00)
RSXM-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərkəz Zaqatala zəlzələsi və ondan sonra baş verən titrəyişlərlə bağlı müntəzəm olaraq ictimaiyyəti məlumatlandırsa da, hələ də əhali arasında müəyyən narahatçılıqların olmasından istifadə edərək, insanları qorxuya salmaq istəyən və qeyri-dəqiq informasiyalar yaymağa çalışanlar var: “Güclü zəlzələdən sonra ocağın sönməsi üçün müəyyən avtoşoklların qeydə alınması tam qanuna uyğundur və bu proses bir qədər davam edə bilər. Şəki və Zaqatalada qeydə alınan və hiss olunan son təkanlar da prosesin davamı kimi qəbul olunmalıdır. Odur ki, zəlzələ ilə bağlı məlumatları yayarkən qeyri-dəqiq informasiyalara yol verməməyi, maarifləndirmə məqsədi ilə Mərkəzin rəsmi saytında yerləşdirilmiş məlumatlardan istifadə etməyi xahiş edirik”.
Məlumatda bildirilib ki, mayın 7-də Zaqatalada baş verən 7 bal gücündə zəlzələdən sonra RSXM tərəfindən çoxsaylı təkanlar qeydə alınıb ki, onların da hiss oluna bilən bir neçəsi haqqında ictimaiyyətə məlumatlar verilib: “Zəlzələ baş verən ilk saatlardan etibarən mərkəzin baş direktoru Qurban Yetirmişli və mərkəzin əməkdaşları zəlzələ bölgəsindədirlər. Hazırda zəlzələnin episentri və ona yaxın ərazilərində əlavə quraşdırılmış 5 mobil seysmik stansiya vasitəsi ilə makroseysmik müşahidələr davam etdirilir. Azərbaycanda zəlzələlərin qeydiyyatı və tədqiqatı ilə məşğul olan yeganə təşkilat Respublika Seysmoloji Xidmət Mərkəzidir. Bizimlə əlaqəli işləyən qurumlar da məlumatları mərkəzdən alırlar. Odur ki, zəlzələ ilə bağlı məlumatlar yayarkən yalnız mərkəzə istinad edilməlidir”.

Sosial
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirilib
17:29
8 may 2024
FHN tərəfindən Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
16:40
8 may 2024
Zaqatalada baş verən zəhərlənmənin səbəbi məlum olub
16:33
8 may 2024
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub
16:09
8 may 2024