Azərbaycanda ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozan 132 əcnəbi aşkar edilib

Azərbaycanda ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozan 132 əcnəbi aşkar edilib
# 06 avqust 2012 15:38 (UTC +04:00)
Bakı. Etibar Məmmədov-APA. Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən iyulun 30-dan avqustun 5-dək Bakı və Siyəzəndə qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər həyata keçirilib. DMX-dan APA-ya verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində Azərbaycan qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən, eyni zamanda ölkədə olma və yaşama qaydalarını pozan 132 əcnəbi aşkar edilib. Həmin şəxslər barəsində Azərbaycan inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.

DMX tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR