Ağcabədidə tapılan iki ədəd tank əleyhinə mina partladılmaqla zərərsizləşdirilib

Ağcabədidə tapılan iki ədəd tank əleyhinə mina partladılmaqla zərərsizləşdirilib
# 04 aprel 2012 13:17 (UTC +04:00)
Ağcabədi. Teymur Zahidoğlu - APA. Ağcabədi rayonun Qiyamadınlı kəndi ərazisində aşkarlanan iki ədəd TM-57 markalı tank əleyhinə mina bu gün yerindəcə partladılmaqla zərərsizləşdirilib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, partlayıcı qurğular son üç gün ərzində mütəxəssislər tərəfindən aparılan axtarış-təmizləmə əməliyyatları nəticəsində müəyyən edilib. 1994-cü ildə ərazidə müharibə getdiyindən, rayonun Qiyamadınlı və ətraf yaşayış məntəqələrinin torpaq sahələri mina və partlamamış hərbi sursatlarla çirklənmiş hesab edilir. Artıq neçə illərdir ki, burada Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik və podratçı təşkilatlar tərəfindən təmizləmə əməliyyatları keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR