Lənkəran Dövlət Universitetində “Azərbaycan həqiqətlərini dünyaya çatdıraq!” elektron-poçt kampaniyası keçirilir
24 fevral 2012 20:46 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Lənkəran Dövlət Universitetində (LDU) “Azərbaycan həqiqətlərini dünyaya çatdıraq!” elektron-poçt kampaniyasına başlanıb. Bu barədə APA-nın Cənub bürosuna məlumat verən LDU-nin rektoru, professor Asəf İsgəndərovun sözlərinə görə, aksiyanın əsas məqsədi 1992-ci ilin Xocalı qırğını və 1918-ci ilin mart soyqırımı həqiqətlərini bütün dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Rektor qısa müddət ərzində universitetin 500-dən çox tələbəsinin aksiyaya fəal qoşularaq, dünyanın müxtəlif humanitar təşkilatlarının, səfirliklərinin, ABŞ konqresmenlərinin ünvanına internet vasitəsilə məktublar göndərdiyini bildirib: «Biz Azərbaycanın bütün ali və orta ixtisas məktəb müəllimlərini və tələbələrini “Azərbaycan həqiqətlərini dünyaya çatdıraq!” ictimai hərəkatına qoşulmağa dəvət edirik».
Hadisə
Qəbələdə əcnəbi vətəndaşları daşıyan avtomobil qəzaya uğrayıb
22:28
15 iyun 2024
Elektrik lampasını dəyişən qadını cərəyan vuraraq öldürüb
19:17
15 iyun 2024
Ahıl vətəndaşları aldadaraq 240 min dollar və 55 min manat ziyan vuran 14 nəfər saxlanılıb - VİDEO
17:24
15 iyun 2024
"Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli hospitala köçürüləcək
16:07
15 iyun 2024