Azərbaycan paytaxtında naməlum maşın 4-cü sinif şagirdini vuraraq öldürüb

Azərbaycan paytaxtında naməlum maşın 4-cü sinif şagirdini vuraraq öldürüb
# 25 aprel 2012 07:23 (UTC +04:00)
Bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsindən bildirilib.

Hadisə bu gün səhər saatlarında Ramana yolunda qeydə alınıb. Naməlum avtomobil məktəbə gedən 10 yaşlı Abdulcabbar İsrayılzadəni vuraraq hadisə yerindən qaçıb. Məktəbli xəstəxanaya aparılarkən yolda keçinib.

Hazırda polis hadisəni törədən sürücünün müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirlərini davam etdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR