Azərbaycanda AZIPS sistemi üzrə ödənişlərin həcmi artıb
12 may 2012 14:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS) ilə həyata keçirdiyi ödənişlərin həcmi 2012-ci il fevral ayında 7,836 mlrd. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar ayı ilə müqayisədə bu göstərici 544 mln. manat və ya 7,5%, 2011-ci ilin fevral ayına nisbətən isə 1,094 mlrd. manat və ya 16,2% artıb.
Fevral ayı ərzində ödənişlərin sayı 8 min və ya 34,8% artaraq 31 minə bərabər olub. Eyni zamanda, 2011-ci ilin fevral ayı ilə müqayisədə ödənişlərin sayında artım 24%-ə bərabərdir.
Fevralda bir ödənişin ortalama həcmi 252,8 min manata bərabər olub ki, bu da əvvəlki aya nisbətən 20,3%, ötən ilin fevral ayına nisbətən isə 6,3% azdır. Beləliklə, ödənişlərin sayı və həcmində baş verən artım fonunda ödənişlərin məbləğinin azalması müşahidə olunur.

Maliyyə
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024
Kapital Bank-ın 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
15:27
17 may 2024
BMT: 2024-cü ilin əvvəlindən artan neft qiymətləri Azərbaycan və Qazaxıstanın gəlirlərini artıracaq
15:18
17 may 2024
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
13:25
17 may 2024