Məhkəmə İlhamə Quliyevanın Flora Kərimovaya qarşı iddiasını təmin edib
24 may 2012 12:03 (UTC +04:00)
İ. Quliyevanın mətbuat katibi Faiq Ələkbərlinin APA-ya verdiyi məlumata görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, İ. Quliyevaya dəymiş ziyana görə, Flora Kərimova 3000 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, İlhamə Quliyeva 2009-cu ildə Flora Kərimovaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. İddiada F. Kərimovanın mətbuata verdiyi müsahibələrdə İ. Quliyevanın şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərbə vurulduğu qeyd olunub.