Azərbaycanda polis əməkdaşlarının bıçaqlanması ilə bağlı prokurorluq məlumat yayıb
12 iyul 2012 16:48 (UTC +04:00)
APA-nın məlumatına görə, məlumatda bildirilir ki, iyulun 10-da Yasamal rayon sakini, əvvəllər məhkum olunmuş Abbasov Hafis Məmmədağa oğlunun yaşadığı mənzildə sərxoş vəziyyətdə ailə üzvlərini öldürməklə hədələməsi barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə daxil olmuş məlumat əsasında rayon Polis İdarəsinin əməkdaşları H. Abbasovun qanunazidd davranışlarının qarşısının alınması üçün həmin ünvana gəliblər.
Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayan H. Abbasov onları qəsdən həyatdan məhrum etmək məqsədilə cibində olan bıçaqla hücum etməklə polis əməkdaşları E. Məmmədov və M. Mehdiyevə müxtəlif dərəcəli xəsarətlər yetirib, lakin bıçağın qırılması və polis əməkdaşlarının ona fəal müqavimət göstərmələri səbəbindən cinayət əməlini başa çatdıra bilməyib.
Daha sonra H. Abbasov qanunazidd hərəkətlərini davam etdirərək rayon Polis İdarəsinin əməkdaşlarının çağırışı ilə köməyə gələn DİN-in Çevik Polis Alayının əməkdaşları, həmçinin tibbi yardım göstərilməsi üçün çağırılmış Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının işçilərini də öldürməklə hədələyərək evindən götürdüyü mətbəx bıçağı ilə yenidən hücum edib polis əməkdaşı Yusif Rzayevə xəsarətlər yetirib. Polis əməkdaşları tərəfindən zərərsizləşdirilən H. Abbasov cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib.
Fakta görə Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.7 və 29, 120.2.10-cu (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
H. Abbasov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Hadisə
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB - FOTO
23:39
17 may 2024
Bakının İstiqlaliyyət küçəsində kafedə tüstülənmə olub
21:26
17 may 2024
FHN: Kürdəmir və Saatlıda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib - VİDEO
19:55
17 may 2024
“Tərtər işi” ilə bağlı həbs edilən general Bəkir Orucovun cəzası 9 ildən 6 ilə endirilib
17:50
17 may 2024