ATƏT Parlament Assambleyasının sədri Gürcüstana gəlib

ATƏT Parlament Assambleyasının sədri Gürcüstana gəlib
# 20 avqust 2012 10:36 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün ATƏT Parlament Assambleyasının sədri Rikardo Millorinin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan paytaxtına üç günlük səfərə gəlib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tiflisə səfər çərçivəsində onu ATƏT PA-nın vitse-prezidenti Tonino Pitsula müşayiət edir.

Gürcüstanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Qiqi Sereteli jurnalistlərə açıqlamasında nümayəndə heyətinin Gürcüstana səfərinin seçkiqabağı vəziyyətlə tanış olmaq məqsədi daşıdığını bildirib: «Nümayəndə heyəti seçkiqabağı situasiya ilə tanış olacaq, eyni zamanda siyasi partiyaların seçki kampaniyasının monitorinqini aparacaq».

Məlumata görə, ATƏT nümayəndələri Gürcüstanın siyasət adamları, xarici və yerli müşahidəçi təşkilatlar, seçki administrasiyasının üzvləri, eyni zamanda Gürcüstan parlamentinin rəhbəri və bu ölkədə akkreditə olunan diplomatik korpus nümayəndələri ilə görüşəcəklər.

Səfər çərçivəsində ATƏT PA rəhbərliyinin Gürcüstan prezidenti Mixail Saakaşvili ilə də görüşü planlaşdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR