Vətəndaş müharibəsi başlayandan Suriyada 28 min nəfər itkin düşüb

Vətəndaş müharibəsi başlayandan Suriyada 28 min nəfər itkin düşüb
# 18 oktyabr 2012 14:16 (UTC +04:00)
Bakı – APA. Suriyada Bəşər Əsəd rejiminə qarşı 19 aydır davam edən və vətəndaş müharibəsi ilə nəticələnən üsyan 30 mindən çox insanın ölümü, 28 min nəfərin isə itkin düşməsi ilə nəticələnib.

APA-nın xəbərinə görə, bu barədə “Avaaz” insan haqları qrupu açıqlama yayıb.

Itkin düşənlərin Suriya ordusu və hökumət yönlü birləşmələr tərəfindən qaçırıldığı, indiyədək onlardan xəbər alınmadığı bildirilir.

İtkin düşən 28 min nəfərdən 18 mininin adları bəllidir. “Avaaz” hazırladığı hesabatı BMT-nin İnsan Haqları Komissiyasına təqdim etmək fikrindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR