Elşad Abdullayevin yaydığı videoda adı keçən polis əməkdaşı işdən qovulub - YENİLƏNİB

Elşad Abdullayevin yaydığı videoda adı keçən polis əməkdaşı işdən qovulub - <font color=red>YENİLƏNİB</font>
# 22 oktyabr 2012 07:09 (UTC +04:00)
APA-nın əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin əvvəllər 7-ci şöbə adlanan xüsusi idarəsinin əməkdaşı Rövşən Abbasquliyev əməlinə görə daxili işlər orqanlarından uzaqlaşdırılıb.

DİN-in mətbuat xidmətindən APA-ya faktı təsdiqləyərək bildiriblər ki, həmin videoda adı keçən R. Abbasquliyev artıq daxili işlər orqanlarında çalışmır. O, işdə yol verdiyi ciddi nöqsanlara görə, 2008-ci il fevralın 2-də daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, E. Abdullayev qardaşı Mahir Abdullayevin yoxa çıxması mövzusunda DİN 7-ci şöbəsinin əməkdaşları ilə söhbətini əks etdirən gizli videoçəkilş yayılıb. Həmin videoda DİN-in əməkdaşı M. Abdullayevin nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığını bildirib.

Azərbaycanın baş prokuroru Zakir Qaralov bir müddət əvvəl jurnalistlərə verdiyi açıqlamasında Elşad Abdullayevin qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı 1 il 4 ay ərzində onun ailəsinin istintaq orqanları ilə heç bir əməkdaşlıq etmədiyini bildirib: “İstintaq dövründə onlar həmişə müxtəlif kriminal ünsürlərlə əlaqə yaradıblar ki, guya qardaşları oğurlanıb, istintaq nə onun qətli, nə də oğurlanmasını sübuta yetirib. Bir daha bildirirəm ki, həmin işin istintaqı bu gün də davam etdirilir. Elşad Abdullayevin bildirdiyinə görə, guya əvvəlki dövrlərdə o qardaşının buraxılması üçün müxtəlif insanlara pullar verib, bütün bunlarla bağlı onda materiallar var. Həmin videoları da o istintaqa təqdim edib, onlar da araşdırılır”, - deyə baş prokuror qeyd edib.

Baş prokuror deyib ki, Mahir Abdullayevin tapılması üçün Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri lazımı tədbirlər həyata keçirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR