Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Ombudsmanın Milli Məclisdə eyni adlı komitə yaradılması təklifinə münasibət bildirib
15 mart 2012 08:35 (UTC +04:00)
APA-nın xəbərinə görə, komitə sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında deyib ki, bu istiqamətdə nə qədər çox addımlar olarsa, bir o qədər yaxşıdır: “Amma indi Milli Məclisdə sosial yönümlü komitə var. Bu komitənin fəaliyyəti həm də ailə, qadın və uşaq problemlərini əhatə edir. Amma bu yöndə yeni komitənin yaranması pis olmaz. Ona görə ki, bu komitə ancaq bu istiqamətlə məşğul olar. Beynəlxalq təcrübə göstərir ki, o ölkələrdə ki ailə, qadın və uşaq problemləri üzrə çalışan dövlət qurumları yoxdur, orada bu komitələr parlamentdə daha güclü olurlar. Lakin Azərbaycanda bu problemlə bağlı həm dövlət komitəsi, həm də Milli Məclisin Sosial siyasət komitəsi var. Bəlkə də buna görə indiyədək Milli Məclisdə belə bir komitə yaranmayıb. Amma yəqin ki, gələcəkdə bu komitə yaranacaq”.
Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024