Rüşvətxorluqda təqsirləndirilən sabiq prokuror köməkçisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Rüşvətxorluqda təqsirləndirilən sabiq prokuror köməkçisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
# 26 sentyabr 2012 08:47 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Şirvan Apellyasiya Məhkəməsində rüşvət almaqda ittiham olunan Füzuli rayon prokurorunun sabiq böyük köməkçisi Çingiz Mövsümovun apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. APA-nın məlumatına görə, prosesdə məhkəmə baxışı oktyabrın 9-na təyin edilib.

İttihama görə, Çingiz Mövsümov Füzuli rayon prokuroru vəzifəsini icra edərkən Tural Kərimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə prokurorluqda istintaqı aparılan cinayət işi üzrə ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror kimi ona tamah məqsədilə qəsdən adam öldürməyə görə ittiham verilməməsi üçün 7 yanvar 2010-cu il tarixdə təqsirləndirilən şəxsin əmisi Arzu Kərimovdan 2 500 manat pul alıb.

Bundan əlavə, Tural Kərimovun məhkəmə tərəfindən təyin ediləcək cəzanın çəkilməsindən azad olunmasını təşkil etməkdən ötrü 30 000 manat məbləğində pul istəyib.

Çingiz Mövsümov Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə ittiham edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Çingiz Mövsümov 8 il müddətinə azadlıqdan məhrum edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR