“Kalaşnikov” avtomatının istehsalçısı olan Rusiya şirkəti müflis olub

“Kalaşnikov” avtomatının istehsalçısı olan Rusiya şirkəti müflis olub
# 06 aprel 2012 15:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. «Kalaşnikov» avtomatının istehsalçısı olan Rusiyanın «İjmaş» Konserni müflis olub. APA-nın bildirdiyinə görə, bu barədə «RİA Novosti» agentliyi məlumat yayıb.

Udmurtiya Arbitraj Məhkəməsi «İjmaş» Konserninin müflis olmasını tanıyıb və müvafiq qərar qəbul edib. Müflisləşmə ilə əlaqədar olaraq müəssisədə xüsusi komissiya yaradılıb.

2011-ci il ərzində «İjmaş»ın zərəri 2,43 milyard rubl təşkil edib. Bir il ərzində müəssisədə istehsal həcmi 45,5% azalıb.

«Rostexnologiya» Dövlət Korporasiyası müflis olmuş «İjmaş» Konserninin müəssisələri əsasında «İjmaş» Elmi-İstehsalat Birliyini təşkil edəcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR