Bir qrup AXCP üzvü Azərbaycan Ədliyyə Nazirliyinin qarşısında icazəsiz aksiya keçirməyə cəhd edib

Bir qrup AXCP üzvü Azərbaycan Ədliyyə Nazirliyinin qarşısında icazəsiz aksiya keçirməyə cəhd edib
# 06 mart 2012 15:06 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün bir qrup AXCP üzvü Ədliyyə Nazirliyinin qarşısında icazəsiz aksiya keçirməyə cəhd edib.

AXCP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiya həbsdə olan AXCP və İctimai Palata üzvlərinin cəzaçəkmə müəssisələrində təzyiqə məruz qalmasına etiraz olaraq keçirilib. Polis aksiyanın keçirilməsinin qarşısını alıb, piket iştirakçılarından 17 nəfəri saxlanılaraq, Yasamal Rayon Polis İdarəsinə aparılıb.

Saxlanılanlar arasında AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, hazırda həbsdə olan AXCP üzvü Elnur Məcidlinin atası Arzuman Məcidli də var.

Rayon Polis İdarəsindən isə bildirilib ki, saxlanılanların əməlləri araşdırılır və aidiyyəti üzrə məhkəməyə göndəriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR