Azərbaycan elektron avadanlıqların istehsalını kəskin artırıb

Azərbaycan elektron avadanlıqların istehsalını kəskin artırıb
# 28 mart 2012 10:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahəsində məhsul istehsalının həcmi 19,6 mln. manat və ya əvvəlki ilin eyni dövrünə nisbətən 21,6% az olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, buna baxmayaraq, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə kompüter və digər elektron avadanlıqların istehsalı 29,3 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 5,2% artıb: «Hesabat dövründə 16 ədəd güc transformatorları, 370 ədəd məişət soyuducuları istehsal edilib, televizorların istehsalı isə 2 dəfə artıb».

Qeyd edək ki, 2012-ci il martın 1-nə müəssisələrin anbarlarında 10,6 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 3,8%-i qədər hazır məhsul ehtiyatı qalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR