“Mənzil-kommunal sektorunda şəffaflığın artırılması” mövzusunda ictimai dinləmə keçirilib - FOTO

“Mənzil-kommunal sektorunda şəffaflığın artırılması” mövzusunda ictimai dinləmə keçirilib - <font color=red>FOTO</font>
# 17 fevral 2012 12:29 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının, Avrasiya Əməkdaşlıq Fondunun, SİDA-nın dəstəyi ilə “Mənzil-kommunal sektorunda şəffaflığın artırılması” mövzusunda ictimai dinləmə keçirib. APA-nın məlumatına görə, tədbirdə Bakı, Abşeron və Sumqayıtı əhatə edən bələdiyyə üzvləri, icra hakimiyyəti nümayəndələri, mənzil-kommunal sektorunu təmsil edən 100-ə yaxın şəxs iştirak edib.

AHK və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvü Əli Hüseynli mövzu ətrafında çıxış edərək deyib ki, Azərbaycanda mənzil-kommunal sektoru ilə bağlı mükəmməl qanunvericilik bazası var: “Lakin bu sahədə şəffaflığın artırılması, həmçinin səmərəli idarəetmə problemi var. Elə bu tədbir də həmin məsələlərə həsr olunub”.
Milli Məclisin üzvü Fazil Mustafa bildirib ki, başqa ölkələrdən fərqli olaraq Azərbaycanda insanlar minimum şəraiti, xüsusən qazı olmayan binalarda yaşayırlar. O, bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb.
Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın katibi İnam Kərimov, baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı, böyük prokuror Pərvin Quliyev, Media və İctimai Təşəbbüslər Mərkəzinin sədri Samir Əliyev mövzu ətrafında çıxış ediblər.
Sonda məruzəçilər sualları cavablandırıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR