Ukrayna prezidenti “16 yanvar qanunları”nın ləğvi barədə qanunu və amnistiya haqqında qanunu imzalayıb

Ukrayna prezidenti “16 yanvar qanunları”nın ləğvi barədə qanunu və amnistiya haqqında qanunu imzalayıb
# 31 yanvar 2014 14:38 (UTC +04:00)

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, 16 yanvarda qəbul edilən və müxalifətin ölkədə diktatura qurmaq cəhdi kimi qiymətləndirdiyi, bu səbəblə ölkədə qarşıdurmanın kəskinləşməsinə səbəb olan qanunlar Ali Radanın yanvarın 28-də keçirilən toplantısında ləğv edilib.

V. Yanukoviç özünün parlamentdəki nümayəndəsi, Regionlar Partiyasının deputatı Yuri Miroşniçenko tərəfindən hazırlanan və qəbul olunan “Dinc aksiyalarla bağlı təqib olunma və cəzalandırmalara yol verilməməsi və onların neqativ nəticələrinin aradan qaldırılması haqqında” qanunu da imzalayıb. 11 maddəlik bu qanun dinc aksiyalar zamanı cinayətlərə və inzibati hüquqpozmalara yol verən şəxslərin cinayət məsuliyyətindən azad olunmasını nəzərdə tutur. Lakin bu, yalnız müəyyən şərtlərin yerinə yetirilməsindən sonra mümkündür. Belə ki, qanuna əsasən nümayişçilər tərəfindən Kiyev və əyalətlərdə ələ keçirilmiş dövlət və yerli hakimiyyət orqanlarının binaları azad olunmalı, bağlanan küçə və prospektlər açılmalı, barrikadalar aradan qaldırılmalıdır. Müxalifət bu qanuna qəti etiraz edib və onun müddəaları ilə razılaşmayacağını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR