«LUKoil» şirkəti «Şahdəniz» layihəsi üçün xaricdən iri kredit cəlb edib

«LUKoil» şirkəti «Şahdəniz» layihəsi üçün xaricdən iri kredit cəlb edib
# 27 fevral 2014 14:02 (UTC +04:00)

«APA-Economics»in EBRD-nin yaydığı məlumata istinadən bildirir ki, bu məqsədlə Bank «LUKoil Overseas Shah Deniz Ltd.» şirkətinə 200 mln. ABŞ dolları həcmində kredit ayırıb.

Məlumata görə, kredit vəsaiti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» ofşor qaz-kondensat yatağının gələcək işlənməsi üçün istifadə olunacaq.

Qeyd edək ki, «LUKoil Overseas Shah Deniz Ltd.» şirkəti «LUKoil Overseas Investholding Ltd.»nin filialıdır və səhmlərinin 100%-i bu holdinqə məxsusdur. Rusiyanın «LUKoil» şirkəti «Şahdəniz» qaz yatağının işlənməsi layihəsində 10% iştirak payına malikdir.

Qeyd edək ki, 2013-cü il dekabrın 17-də «Şahdəniz» konsorsiumu «Mərhələ 2»nin işlənməsi üçün yekun investisiya qərarını təsdiq edib. Bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz Boru Kəmərinin ixrac gücünə ildə 16 mlrd. kubmetr əlavə olunması, Türkiyə ərazisindən keçən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir. Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastruktur, Avropaya yeni bir Cənub Qaz Dəhlizi açacaq. «Mərhələ 2» layihəsi «Şahdəniz» qazının ildə təxminən 10 mlrd. kubmetrinin 25 il ərzində İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara çatdırılmasını təmin edəcək. Bundan başqa, «Şahdəniz Mərhələ 2»dən hasil olunacaq qazın ildə təxminən 6 mlrd. kubmetri Türkiyədəki istehlakçılara çatdırılacaq. Qaz satışı və nəqli üzrə bütün sazişlər Azərbaycan Qaz Təchizatı Şirkəti tərəfindən idarə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR