AMEA Rəyasət Heyəti Dilçilik İnstitutunun direktoru vəzifəsinin icrasını Tofiq Hacıyevə həvalə edib

AMEA Rəyasət Heyəti Dilçilik İnstitutunun direktoru vəzifəsinin icrasını Tofiq Hacıyevə həvalə edib
# 25 dekabr 2013 15:24 (UTC +04:00)

APA-nın xəbərinə görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktor vəzifəsini icra edən yeni şəxs təyin olunub. Belə ki, filologiya üzrə elmlər doktoru, professor Fəxrəddin Veysəllinin Dilçilik İnstitutunda direktor vəzifəsinin icraçısı səlahiyyətləri dayandırılıb. Elmi işlər üzrə direktor müavini, filo­logiya üzrə elmlər doktoru, professor Mə­sud Mahmudov isə vəzifəsindən azad edilib.


Akademiyanın elmi müəssisə və təşkilatlarında direktor seçkiləri keçirilənədək instituta müvəqqəti rəhbərlik AMEA-nın müxbir üzvü Tofiq Hacıyevə həvalə olunub. Filologiya üzrə elmlər doktoru Məhəbbət Mirzəliyeva isə müəssisənin elmi işlər üzrə direktor müavini təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR