Novxanıda Rusiya vətəndaşı qarət edilib

Novxanıda Rusiya vətəndaşı qarət edilib
# 18 iyul 2013 10:00 (UTC +04:00)

Bakı. Hafiz Heydərov-APA. Rusiya vətəndaşı Azərbaycanda qarət edilib. APA-nın məlumatına görə, hadisə Novxanı bağlar massivində qeydə alınıb. Sumqayıt sakini Cəmil Məmmədova məxsus bağ evində qalan, Rusiya vətəndaşı Dobrosmolova Marqarita Aleksandrovnanın əl çantası, 11 min rubl pulu və qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlanıb.

Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən, Abşeron sakini, əvvəllər məhkum olunmuş, 1987-ci il təvəllüdlü Cəfərov Anar Eldar olduğu müəyyənləşib və o saxlanılıb.

Araşdırmalar zamanı A. Cəfərovun həmin bağlar massivində yaşayan Cavanşir Allahverdizadənin avtomobilindən də oğurluq etdiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR