Avstraliyada azərbaycanlı rəssamların Qarabağ mövzusunda rəsmləri təqdim olunub - FOTO

Avstraliyada azərbaycanlı rəssamların Qarabağ mövzusunda rəsmləri təqdim olunub - <span style="color: red;">FOTO
# 21 iyun 2014 07:47 (UTC +04:00)

Bakı-APA. Avstraliyanın Melburn şəhərində fəaliyyət göstərən Deakin Universitetində Azərbaycanın gənc qadın rəssamlarının Qarabağ mövzusunda rəsmlərindən ibarət sərgisi keçirilib.

APA-nın məlumatına görə, sərgi “Sönməz Məşəl” mədəni əlaqələr ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Rənglər çələngi: Azərbaycanın Dağlıq Qarabağ rəngləri Melburnda” adlı layihə çərçivəsində reallaşdırılıb.

Sərgidə Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın rəsmləri nümayiş olunub.

Deakin Universitetinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin məsləhətçisi Li-Ann Armitaj bu cür tədbirlərin xalqlar arasında əlaqələrin genişləndirilməsinə xidmət etdiyini deyib, universitetin kitabxanasının direktor müavini Sui Oven isə sərginin keçirilməsini mədəniyyətlərarası dialoqa yaxşı nümunə kimi qiymətləndirib.

Layihə çərçivəsində Deakin Universitetində Azərbaycanın tarix və mədəniyyətinə həsr olunmuş xüsusi guşə də açılıb. Sərgiyə gələnlərə Azərbaycan guşəsində Dağlıq Qarabağ münaqişəsinin kökləri, erməni terroru, eləcə də Xocalı soyqırımı haqqında məlumat verilib. Qonaqlara Azərbaycanın işğal tarixini əks etdirən xüsusi xəritə, “Xocalıya ədalət” kampaniyasına dair bukletlər də paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR