Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış azyaşlı uşaq xilas olunub

Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış azyaşlı uşaq xilas olunub
# 30 yanvar 2014 21:07 (UTC +04:00)

Bakı-APA. Bakının Xətai rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər 13 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin eyvanına təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək, pəncərədən daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 22:01-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR