ABŞ suriyalı qaçqınlara 300 milyon dollar ayıracaq

ABŞ suriyalı qaçqınlara 300 milyon dollar ayıracaq
# 18 iyun 2013 03:15 (UTC +04:00)

Bakı-APA. ABŞ suriyalı qaçqınlara humanitar yardım çərçivəsində 300 milyon dollarlıq vəsait ayıracaq. APA-nın xəbərinə görə, bu barədə Reuters Ağ Evdəki mənbəyə istinadən məlumat verir.

Məlumata görə, ABŞ prezidenti bu barədə «böyük səkkizliyin» sammitində bəyan edəcək.

Vəsaitin yarısı Suriyadakı qaçqınlara ayrılacaq. Digər 50% isə suriyalı qaçqınlar qəbul edən qonşu ölkələrə yönəldiləcək.

BMT-nin məlumatına görə, vətəndaş müharibəsi ucbatından 1,6 milyon insan Suriyanı tərk edərək qonşu ölkələrə sığınıb. Ölkə daxilində isə 4,25 milyon qaçqın var.

Suriyada vətəndaş müharibəsi 2011-ci iln martından davam edir. BMT-nin məlumatına əsasən müharibənin gedişində 90 mindən artıq insan həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR