Xəzər rayonunda bağ evi yanıb

Xəzər rayonunda bağ evi yanıb
# 05 fevral 2014 01:27 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan kürsülü, birmərtəbəli, 2 otaq və taxta konstruksiyalı aynabəddən ibarət bağ evində baş verib. Nəticədə evin aynabəndi 30 kv.m sahədə və 1 otağının yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 60 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR