Azərbaycan ərazisində bayram günü hava yağmursuz olacaq, bəzi yerlərdə duman, çiskin olacaq

Azərbaycan ərazisində bayram günü hava yağmursuz olacaq, bəzi yerlərdə duman, çiskin olacaq
# 30 dekabr 2013 09:19 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi xəbərə görə, cənub-qərb küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5 dərəcə, gündüz 5-10 dərəcə isti olacaq.


Dekabrın 31-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman, Şərq rayonlarında çiskin olacaq. Mülayim Şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gecə 15-20 dərəcə şaxta, bəzi yerlərdə 23 dərəcəyədək şaxta, gündüz 8-13 dərəcə şaxta olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR