İlkin Nəcəfzadə ilə "Ana xəbər" bloku – 30 iyun - VİDEO

İlkin Nəcəfzadə ilə "Ana xəbər" bloku – 30 iyun - <span style="color: red;">VİDEO
# 30 iyun 2014 17:06 (UTC +04:00)

Bakı-APA. Kəlmeyi-şəhadət oxutduqdan sonra insanın başını kəsmək... Dinc insanları məzhəbinə görə öldürmək... Bu cinayətlərin müsəlmanlıqla, islam dini ilə əlaqəsi yoxdur. Bu əməlin adı üstündədir - cinayət. Bu cinayətləri törədənlərin tək məqsədi var – islamı gözdən salmaq. İslam sülh dini, əsas şərtlərindən biri isə cihaddır. Amma cihad ilk əvvəl nəfsə qarşı buyurulub, müsəlman nəfsinə qalib gəlməlidir. Din insanları qırmaq isə nəfsə uduzmaqdır. Nəfsinə uduzanlar istər cihad elan etsin, istərsə Xilafət qursun, fərqi yoxdur, bu işin dini dəyərlərə əsaslanaraq etdiklərini heç zaman əsaslandıra bilməzlər.

Suriyada və İraqda müsəlmanlara güllə atanlar, hansı tərəfdən olursa-olsun, fərqi yoxdur, öz əməllərini cihad adı altında pərdələyə bilməzlər. Bəs elədirsə, onda bu müsəlmanları bir-birinə qırdıran kimdir? Müsəlman ağlı ilə bu sualın həmişə bir cavabı olub: “Burada ingilis barmağı var”. Bu cavab indi də keçərlidir, amma əlli faiz. Yəni barmaq olmağına var, amma vəziyyət o qədər qarışıqdır ki, kimin barmağı olduğunu yəqinləşdirə bilmirik. Barmağın sahibi toz-torpaq yatdıqdan sonra məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR