İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının prezidentini təbrik edib

İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının prezidentini təbrik edib
# 03 fevral 2014 15:39 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının prezidenti Mahinda Racapaksanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının təbrik məktubunda deyilir:

“Hörmətli cənab prezident, ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə sizə və xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasındakı münasibətlər inkişaf edərək dostluğumuzun möhkəmlənməsinə, əməkdaşlığımızın genişlənməsinə töhfələr verəcək.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR