Rusiya prezidentinin xüsusi nümayəndəsi Biryulevo hadisələrini və Orxan Zeynalovun həbsini şərh edib - VİDEO

Rusiya prezidentinin xüsusi nümayəndəsi Biryulevo hadisələrini və Orxan Zeynalovun həbsini şərh edib - <span style="color: red;">VİDEO
# 31 oktyabr 2013 12:23 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. “Rusiyanın Azərbaycanla münasibətlərə dair hər hansı sualı və şübhəsi yoxdur. Azərbaycanla münasibətlər Rusiyanın xarici siyasətinin prioritetlərindən biridir. Bu siyasət hansısa məqamlardan, xüsusən kriminal hadisələrdən asılı deyil”. APA-nın xəbərinə görə, bu sözləri Bakıda jurnalistlərə açıqlamasında Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.

Moskvanın Qərbi Biryulevo rayonunda baş verən hadisələri və Orxan Zeynalovun həbsini şərh edən M. Şvıdkoy bildirib ki, Rusiyada çoxlu sayda azərbaycanlı, Azərbaycanda isə xeyli rus yaşayır: “Biz bir-birimizdən asılıyıq. Bizim üçün millətlərarası sülh vacibdir. Ölkələrimiz arasında münasibətlər dayanıqlı və stabil xarakter daşıyır. Hərdən müəyyən insidentlər baş verə bilər, lakin bunlar ciddi xarakter daşımır”.

M. Şvıdkoy qeyd edib ki, Rusiyada anti-Azərbaycan və Azərbaycanda antirus əhval-ruhiyyəsinə yol vermək olmaz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR