ABŞ-ın Texas ştatının senatı Azərbaycanın müstəqillik günü ilə bağlı qətnamə qəbul edib - FOTO

ABŞ-ın Texas ştatının senatı Azərbaycanın müstəqillik günü ilə bağlı qətnamə qəbul edib - <span style="color: red;">FOTO
# 18 oktyabr 2013 07:37 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. ABŞ-ın Texas Ştatının senatı, Amerika Azərbaycanlıları Şəbəkəsi ilə birgə Azərbaycanın müstəqillik günü ərəfəsində qətnamə qəbul edib. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, qətnamədə deyilir: “70 il Sovet Birliyinin tərkibində qaldıqdan və 1991-ci il 18 oktyabrda müstəqilliyini elan etdikdən sonra Azərbaycan ABŞ tərəfindən tanındı, təhlükəsizliyin, suverenliyin, əmin-amanlığın və sülhün qorunub saxlanılmasında ölkəmizin dəyərli müttəfiqi oldu”.

Sənəddə həmçinin qeyd olunur ki, Amerika Azərbaycanlıları millətin və dövlətin etnik müxtəlifliyində mühüm rol oynayaraq, öz cəmiyyətlərinin inkişaf və tərəqqisinə müstəsna töhfələr verib.

Son 22 ildə, 400 min Amerika azərbaycanlıları da daxil olmaqla dünyada yaşayan 40 milyon azərbaycanlının 18 oktyabr tarixini Azərbaycanın müstəqillik günü kimi qeyd etməsini nəzərə almış Texas ştatının senatı Qafqazda azadlıq və demokratiyanın yayılması üçün azərbaycanlıların fəaliyyətinə öz töhfəsini verərək, Azərbaycanın müstəqillik günü ilə əlaqədar ən səmimi və xoş arzularını çatdırıb.

Qeyd edək ki, qətnamə layihəsini Texas senatına senator Con Uaytmayə təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR