Səhiyyə Nazirliyi: Siyəzəndə qida zəhərlənməsi ilə 78 nəfər xəstəxanalara yerləşdirilib - VİDEO

Səhiyyə Nazirliyi: Siyəzəndə qida zəhərlənməsi ilə 78 nəfər xəstəxanalara yerləşdirilib - <span style="color: red;">VİDEO
# 23 avqust 2013 12:44 (UTC +04:00)

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bunlardan 62 nəfəri (18-i azyaşlı uşaq olmaqla) Siyəzən rayon Müalicə Diaqnostika Mərkəzinə digər 16 nəfəri isə Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qida zəhərlənməzi diaqnozu qoyulan vətəndaşlara ilkin tibbi yardım göstərilib və dərhal hadisə barəsində Səhiyyə Nazirliyinin 113 xidmətinə məlumat verilib. Bununla əlaqədar Bakıdan Siyəzən Xəstəxanasına sanaviasiya ilə mütəxəssislər ezam olunub. Siyəzəndə müraciət edənlərin hər birinə ilkin tibbi yardım göstərilib və evlərinə buraxılıblar.

Şabran rayon Mərkəzi Xəstəxanasına daxil olan 16 nəfərdən nisbətən vəziyyətləri ağır olan 8-ə stasionar, digərlərinə ambulator yardım göstərilərək evlərinə buraxılıblar.

Zərərçəkənlərin hamısı Şabran rayonunun Ağbaş kəndinin sakinləridir və onlar dünən Siyəzəndə yerləşən "Çıraqqala" şadlıq sarayında toy məclisində olublar.

Sanitariya-epidemioloji xidmət orqanları tərəfindən adıgedən restoranından nümunələr götürülərək Bakıya Səhiyyə Nazirliyinin Gigiyena Epidemiologiya Mərkəzinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR