DİN Əli Kərimlinin mühafizəçisinin polisə aparılmasına aydınlıq gətirib

DİN Əli Kərimlinin mühafizəçisinin polisə aparılmasına aydınlıq gətirib
# 27 fevral 2014 15:48 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Daxili İşlər Nazirliyi (DİN) AXCP sədrinin mühafizəçinin polisə aparılması faktına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, Bəhruz Həsənli yol polisi ilə mübahisə etdiyinə və polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmadığına görə Suraxanı Rayon Polis İdarəsinə aparılıb.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətinin rəhbəri Natiq Ədilov partiyanın sədri Əli Kərimlinin mühafizəçisi B. Həsənlinin Suraxanı Rayon Polis İdarəsinə aparıldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR