Güclü külək Ağdam xəstəxanasında yanğına səbəb olub

Güclü külək Ağdam xəstəxanasında yanğına səbəb olub
# 17 mart 2014 15:39 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu - APA. Güclü külək Ağdam Mərkəzi Rayon Xəstəxanasının Təcili Tibbi Yardım Məntəqəsində yanğına səbəb olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, güclü külək nəticəsində elektrik xəttində yaranan qısaqapanma yanğınla nəticələnib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirlinin Ağdam Yanğın Təhlükəsizliyi Xidmətinin iki yanğınsöndürən maşını və əməkdaşları cəlb olunub.

Alovun qarşısı alınıb. Əməkdaşlar evakuasiya olunub və yanğın söndürülüb.

MRX-nin baş həkimi Gülnar Abbasova APA-ya bildirib ki, yanğın nəticəsində məntəqəyə elə də ciddi zərər dəyməyib.

Ərazidə küləkli hava şəraiti davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR