Gəncədə tələbə dəm qazından zəhərlənərək ölüb - VİDEO

Gəncədə tələbə dəm qazından zəhərlənərək ölüb - <span style="color: red;">VİDEO
# 13 mart 2014 11:17 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə dəm qazından ölüm faktı baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə dünən axşam saatlarında şəhərin Adil İsgəndərov küçəsi, ev 6 ünvanında qeydə alınıb. Yevlax rayon sakini, Gəncə Dövlət Universitetinin (GDU) birinci kurs tələbəsi, 1995-ci il təvəllüdlü Süleymanova Aygün Vasif qızı kirayə yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Onu dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR