Bakıda baş vermiş yol qəzasında 2 nəfər xəsarət alıb

Bakıda baş vermiş yol qəzasında 2 nəfər xəsarət alıb
# 18 sentyabr 2013 01:38 (UTC +04:00)

Bakı-APA. Bakıda baş vermiş yol qəzasında 2 nəfər xəsarət alıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Yasamal rayonunda “Opel” və “BMW” markalı 2 minik avtomobili toqquşub. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki nəqliyyat vasitəsi zədələnib, sürücülər xəsarət alıb. Hadisə şahidlərinin sözlərinə görə, xəsarət almış sürücülər Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən xəstəxanaya aparılıb. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb. Əməliyyat saat 02:47-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR