ABŞ və Türkiyə Suriyada xarici ekstremizm təhlükəsindən narahatdır

ABŞ və Türkiyə Suriyada xarici ekstremizm təhlükəsindən narahatdır
# 08 avqust 2013 04:45 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama ilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ evin yaydığı məlumatda bildirilir. Məlumata görə, telefon söhbəti zamanı Obama ilə Ərdoğan Suriyaya xaricdən gələn radikal döyüşçülərin mövcudluğundan narahatlıqlarını ifadə edib:

“Prezident və baş nazir Suriyaya xaricdən gələn ekstremistlərin təhlükəli olmalarını müzakirə edib. Ümumi razılıq ondan ibarət olub ki, vahid Suriya müxalifətini dəstələmək vacibdir”.

Bir müddət əvvəl Obama administrasiyası Suriya müxalifətinə hərbi yardım göstərəcəyini bəyan etsə də, yüngül silahlar tədarükündən uzağa gedə bilməyib. Əksər müşahidəçilər hesab edir ki, Vaşinqtonda Suriya müxalifəti arasında radikallaşma meyllərinin artmasından və sıralarında xarici ölkələrdən gəlmiş terrorçuların yer almasından narahatdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR