İrəvanda baş verən iğtişaşlarla əlaqədar cinayət işi açılıb

İrəvanda baş verən iğtişaşlarla əlaqədar cinayət işi açılıb
# 06 noyabr 2013 11:20 (UTC +04:00)

APA-nın “Novosti Armeniya”ya istinadən xəbərinə görə, Ermənistan Polisi həbs olunmuş 20 aksiya iştirakçısını hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə, yandırma və ya partlayış yolu ilə özgə əmlakına zərər vurmaqda və ya məhv etməkdə təqsirləndirir.

Saxlanılanlar arasında yürüşün təşkilatçısı, müxalif “Tserqakon” partiyasının lideri Şant Arutyunyan və onun oğlu Ayk da var.

Polisdən bildirilib ki, Ş.Arutyunyanın dəyənəklərlə silahlanmış 100-dək tərəfdarı İrəvanın mərkəzindəki Maştots prospektində razılaşdırılmamış razılaşdırılmamış yürüş keçirməyə cəhd edib: “Polis əməkdaşları onları ictimai asayişi pozmamağa və Maştots prospektində hərəkətə mane olmamağa çağırıb. Lakin aksiya iştirakçıları əldəqayırma və daşlarla doldurulmuş partladıcı paketlər partladıb. Polis əməkdaşları asayişi bərpa etməyə və aksiyanı dağıtmağa müvəffəq olub.

Qeyd edək ki, Ş.Arutyunyan 2008-ci il martın 1-də İrəvanda 10 nəfərin ölümü ilə nəticələnən kütləvi iğtişaşların təşkilində də ittiham olunaraq həbs edilib. O zaman prezident seçkilərində Serj Sarkisyanın qələbəsini tanımaqdan imtina edən müxalifət tərəfdarlarını küçələrə çıxarmışdı. 2009-cu ilin yazında psixiatrik xəstəxanaya köçürülən Ş.Arutyunyan sonradan azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR