Xalq artisti Ramiz Məlikin 70 illik yubileyi qeyd olunacaq

Xalq artisti Ramiz Məlikin 70 illik yubileyi qeyd olunacaq
# 19 oktyabr 2013 13:20 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Oktyabrın 19-da Akademik Milli Dram Teatrında xalq artisti Ramiz Məlikin anadan olmasının 70 illiyinə həsr olunan yubiley tədbiri keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aktyorun öz istəyi ilə həmin gün qısa rəsmi hissədən sonra “Qoca kloun tələb olunur” tamaşası nümayiş olunacaq. Rəsmi hissədə Ramiz Məlikin səhnə və yaradıcılıq yoluna nəzər salınacaq, xalq artistinin yaradıcılıq uğurları haqqında çıxışlar dinləniləcək.

Rumın dramaturq Matey Vişnekin eyniadlı əsəri əsasında hazırlanan “Qoca kloun tələb olunur” tamaşasında xalq artistləri Ramiz Məlik, Rafiq Əzimov, Rafael Dadaşov və əməkdar artist İlham Hüseynov çıxış edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR