Bakıda baş verən zəncirvarı yol qəzasında ölən və xəsarət alanlardan birinin adı açıqlanıb - YENİLƏNİB 1 - FOTOSESSİYA - VİDEO

Bakıda baş verən zəncirvarı yol qəzasında ölən və xəsarət alanlardan birinin adı açıqlanıb - <span style="color: red;">YENİLƏNİB 1  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 21 noyabr 2013 09:06 (UTC +04:00)

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün səhər Nobel prospektində baş verən zəncirvarı yol qəzasında “Mercedes” markalı, 99 BN 154 dövlət nömrə nişanlı maşının sürücüsü, 1984-cü il təvəllüdlü Ceyhun Vaqif oğlu Əhmədov aldığı xəsarətdən dünyasını dəyişib. Həmin avtomobildə olan sərnişin, 1960-cı il təvəllüdlü İradə Əlihüseyn qızı Rəhimova isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Polisdən həmçinin bildirilib ki, qəzaya düşən “Medi Club” klinikasına məxsus “Toyota” markalı, 10 JL 491 dövlət nömrə nişanlı təcili yardım avtomobili, “Audi” markalı, 90 XB 113 dövlət nömrə nişanlı, “Mitsubishi Pajero” markalı, H-022-359 dövlət nömrə nişanlı, “Mercedes” markalı, 99 BN 154 dövlət nömrə nişanlı, dövlət nömrə nişanı məlum olmayan “Mercedes” və “Hyundai” markalı avtomobillər olub.

Şahidlərin sözlərinə görə, qəza zamanı daha bir neçə nəfər, o cümlədən təcili tibbi yardım avtomobilində olan tibb bacısı da xəsarət alıb.

***

10:48

Bakı. Fuad Cəfərov – APA. Bakıda baş verən zəncirvarı qəzada bir nəfər ölüb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, iki “Mercedes”, “Audi”, “Mitsubishi Pajero”, “Hyundai” və “Medi Klub”a məxsus təcilli tibbi yardım avtomobillərinin toqquşması nəticəsində “Mercedes”lərdən birinin sürücüsü ölüb. Onun meyiti hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən maşından çıxarılıb.

***

Bakı. Hafiz Heydərov - APA. Bakıda zəncirvarı qəza baş verib. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Nobel prospektində qeydə alınıb. Bir neçə maşının toqquşması ilə nəticələnən qəzada xəsarət alanların olduğu bildirilir. Toqquşan avtomobillərdən biri təcilli tibbi yardım maşını olub.

Hazırda ərazidə böyük tıxac yaranıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Nobel prospektində baş verən qəza ilə bağlı sürücülərə müraciət edib.

Müraciətdə bildirilir ki, adıçəkilən prospektdə, Neftayırma zavodunun qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar şəhər istiqamətində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir. Sürücülərə alternativ yollardan (Babək pr.) istifadə etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR