KXCP sədrinin prezidentliyə namizədliyinin ləğvi məsələsinə sentyabrın 2-də baxılacaq

KXCP sədrinin prezidentliyə namizədliyinin ləğvi məsələsinə sentyabrın 2-də baxılacaq
# 31 avqust 2013 15:50 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyi haqqında qərara sentyabrın 2-də partiyanın İdarə Heyətinin toplantısında baxılacaq.

Bu barədə APA-ya KXCP Ali Məclisinin sədri Bəybala Əbil məlumat verib.

B. Əbil qeyd edib ki, partiyanın Ali Məclisi tərəfindən M. Mirəlioğlunun prezidentliyə namizədliyinin irəli sürülməsi haqqında qəbul olunan qərar qüvvədə qalır: “Bununla yanaşı, Mirmahmud Mirəlioğlu Milli Şuranın vahid namizədi Cəmil Həsənlini dəstəklədiyini bəyan edib. Ali Məclisin qərarı isə sentyabrın 2-də partiyanın İdarə Heyətinin toplantısında müzakirəyə çıxarılacaq və müvafiq qərar qəbul ediləcək”.

Xatırladaq ki, KXCP Ali Məclisinin 2013-cü il 26 yanvar tarixli qərarı ilə Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyi irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR