Yeganə Hacıyeva: “Müsavat Partiyasının Milli Şuradan getmək niyyətinin mənim qərarıma təsiri olub”

Yeganə Hacıyeva: “Müsavat Partiyasının Milli Şuradan getmək niyyətinin mənim qərarıma təsiri olub”
# 24 dekabr 2013 11:30 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Müsavat Partiyasının Milli Şuradan getmək niyyətinin mənim istefa barədə qərarıma təsiri olub”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının keçmiş müşaviri Yeganə Hacıyeva deyib. O bildirib ki, partiyadan istefasının digər səbəbləri olsa da, bu barədə geniş danışmaq istəmir.

Y. Hacıyeva qeyd edib ki, Müsavat Partiyasından istefa versə də, Milli Şuranın Sədr Aparatındakı fəaliyyətini davam etdirəcək: “İstefamın müəyyən səbəbləri var. Lakin mən bu barədə danışmaq istəmirəm. Çünki bu, sonradan xoşagəlməz məqamlar alır. Mən bildirmişəm ki, mühüm olan partiyalar, siyasi qurumlar deyil, mühüm olan Azərbaycandır və cəmiyyətin maraqlarıdır. Təbii ki, narazı olduğumuz məqamlar var idi. Açıq olan suallar çox idi. Lakin bu partiya mənim uzun illər təmsil olunduğum və dostlarımın olduğu partiyadır. Müsavat həm də mənim keçmişimdir və mən o keçmişimlə fəxr edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR