İranda zəlzələ olub

İranda zəlzələ olub
# 09 yanvar 2014 09:58 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu gün səhər saatlarında İranın Hörmüzqan vilayətində zəlzələ baş verib.

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Hörmüzqan vilayətinin Kiş adasına təsadüf edib.

4.3 bal gücündə olan zəlzələ yanvarın 9-da Bakı vaxtı ilə saat 10:13-də yerin 16 km dərinliyində meydana gəlib.

Təbii fəlakət Kiş adasından 27 km, Çarak limanından (Bəndər-e Çarak) 32 km və Hendorabidən 34 km uzaqlıqda baş verib. Dağıntı və itki barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR