NATO-nun baş katibi Rusiyanı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması haqqında qərara yenidən baxmağa çağırıb

NATO-nun baş katibi Rusiyanı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması haqqında qərara yenidən baxmağa çağırıb
# 02 oktyabr 2013 15:03 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, baş katibin bəyanatında bildirilir ki, NATO-nun mövqeyi kifayət qədər aydındır: “2012-ci ilin mayında Çikaqo sammitində bəyan olunduğu kimi, NATO Gürcüstanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlər daxilində ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”.

Anders foq Rasmussen Rusiyanın sərhədlərin demarkasiyası sahəsində nümayiş etdirdiyi fəallıqdan narahat olduğunu vurğulayıb: “Bu proses münaqişənin sülh yolu ilə həllinə xidmət etmir və Moskvanın qəbul etdiyi öhdəliklərə ziddir”.

Qeyd edək ki, Rusiya 2008-ci ilin avqust ayında baş verən müharibədən sonra Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin müstəqilliyini tanıyıb. Bundan sonra rəsmi Tiflis və Moskva arasında diplomatik əlaqələr kəsilib. Gürcüstan bu bölgələri işğal olunmuş ərazilər elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR