Ağcabədidə su kanalına düşüb boğulan şəxsin kimliyi məlum olub

Ağcabədidə su kanalına düşüb boğulan şəxsin kimliyi məlum olub
# 15 may 2014 17:36 (UTC +04:00)

Ağcabədi. Teymur Zahidoğlu-APA. Qarabağ su kanalının Ağcabədi rayonunun Xocavənd kəndi ərazisindən keçən hissəsində batan şəxsin kimliyi məlum olub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu Ağcabədi şəhər Şıxəli Qurbanov küçəsində yaşayan 1995-ci il təvəllüdlü Talıbov Ceyhun Vüqar oğludur. O, bu gün dostlarından birinin ad günü münasibətilə keçirilən mərasimdə olub. Məclis başa çatdıqdan sonra gənclər "Qarabağ" kanalında çimməyə gediblər. Nəticədə C. Talıbov suda batıb. Onu xilas etmək mümkün olmayıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə Ceyhun Talıbovun axtarışını davam etdirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR