Elxan Süleymanov: “AŞPA-nın yay sessiyasında həm Ermənistandan, həm də Azərbaycandan öyrədilərək gətirilən adamlar vardı”

Elxan Süleymanov: “AŞPA-nın yay sessiyasında həm Ermənistandan, həm də Azərbaycandan öyrədilərək gətirilən adamlar vardı”
# 28 iyun 2014 11:06 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. “Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 23-27 iyun tarixlərində Strasburqda keçirilən yay sessiyasında həm Ermənistandan, həm də Azərbaycandan öyrədilərək gətirilən adamlar vardı”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyalar tətbiq edilməsinə dair Azərbaycan nümayəndə heyətinin təklif etdiyi qətnamələrdən narazı idi: “Bu məqsədlə Azərbaycana AŞPA-da bu kimi fəaliyyətlər aparmasına imkan verilməməsi üçün səylər göstərib, AŞPA üzvlərinə müraciət ediblər. Azərbaycan tərəfdən təmsil olunan vətəndaş cəmiyyətinin nümayəndələri isə siyasi məhbus məsələsini qaldırıb və siyasi məhbuslar üzrə məruzəçi təyin etdirmək istəyirdilər. Bu məsələyə imza atanlar arasında Ermənistan nümayəndələri də vardı”.

Millət vəkili qeyd edib ki, Azərbaycanda insan haqları ilə bağlı vəziyyət heç də başqa ölkələrdən pis deyil: “Bizdə Avropa ölkələrindən az problemlər var”.

Pedro Aqramuntun siyasi məhbus üzrə məruzəçi təyin olunması məsələsinə münasibət bildirən E.Süleymanov qeyd edib ki, o, güclü siyasətçidir və obyektiv imici var: «Mənim ona ümidlərim böyükdür. Aqramuntun təyinatı Azərbaycanda insan haqlarının vəziyyətini obyektiv əks etdirməyə yönəlib. O, bu məsələni obyektiv işıqlandıracaq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR