Nobel prospektində baş vermiş ağır yol qəzasında 5 nəfər xəsarət alıb - FOTOSESSİYA - YENİLƏNİB

Nobel prospektində baş vermiş ağır yol qəzasında 5 nəfər xəsarət alıb   - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB
# 21 dekabr 2013 19:07 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının binası yaxınlığında, prospekt boyunca hərəkət edən "Jeep" və "Mercedes Benz " markalı avtomaşınlar toqquşub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, sürətlə hərəkət edən "Jeep" qarşı yola çıxaraq əvvəlcə işıq dirəyini aşırıb. Daha sonra isə "Mercedes Benz"ə çırpılıb. Nəticədə "Jeep"də olan 3 nəfər və "Mercedes Benz"də olan 2 nəfər ağır bədən xəsarətləri alıb. Hadisə yerinə təcili yardım çağırılıb. Yaralılar dərhal 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Xətai Rayon Dövlət Yol Polis Şöbəsindən APA-ya verdilən məlumata görə, qəzanın iştirakçısı olan "Jeep" markalı avtomaşın yolda nəqliyyatın hərəkətinə mane olduğu üçün dərhal hadisə yerindən evakuasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR