Yilya Timoşenko yenidən Ukraynanın baş naziri olmaq istəmədiyini bildirib

Yilya Timoşenko yenidən Ukraynanın baş naziri olmaq istəmədiyini bildirib
# 23 fevral 2014 16:58 (UTC +04:00)

Bakı-APA. Ukraynanın keçmiş baş naziri Yilya Timoşenko yenidən ölkənin baş naziri olması üçün namzidəliyinin nəzərdən keçirilməsini istəmədiyini bildirib.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, Timoşenko Ukraynanın baş naziri olmağa namizədlər arasında adının çəkilməsinə görə təşəkkür edib, lakin belə bir niyyəti olmadığını da bildirib.

O qeyd edib ki, bu vəzifəyə namizəd olması ilə bağlı heç kimlə müzakirə aparmayıb və bu açıqlama onunla razılaşdırılmadan verilib.

Qeyd edək ki, bu gün deputat Nikolay Tomenko baş nazir postuna Yuliya Timoşenko, Aseniy Yatsenyuk və Petr Poroçenkonun namizədliyinin nəzərdən keçirildiyi barədə açıqlama verib.

Xatırladaq ki, Y. Timoşenko keçmiş prezident Viktor Yanukoviçlə görüşməsi barədə xəbəri də təkzib edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR